Argentina ardıcıl ikinci dəfə finalda! — Video-Yenilənib

Bu gün DÇ-2026-da 2-ci finalçının da adına aydınlıq gələcək. “Qafqazinfo” xəbər verir ki, İngiltərə “Atlanta Stadium”da son çempion Argentina ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu cütün qalibi isə finalda İspaniyaya rəqib olacaq. Dünya çempiontları tarixində İngiltərə 1 (1966-cı il), Argentina isə 3 dəfə (1978, 1986, 2022-ci illər) qalib olmağı bacarıb. Ümumilikdə İngiltərə 2, Argentina 6 dəfə finalda qüvvəsini sınayıb. Qeyd edək ki, final oyunu iyulun 19-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. DÇ-2026, yarımfinal 15 iyul 23:00. İngiltərə - Argentina. *** Komandaların start heyətləri bəlli olub: İngiltərə: 1 Cordan Pikford, 5 Con Stounz, 6 Mark Qehi, 24 Ris Ceyms, 25 Ced Spens, 4 Deklan Rays, 8 Elliot Anderson, 10 Cud Bellinqem, 17 Morqan Rocers, 9 Harri Keyn (k), 18 Entoni Qordon. Ehtiyat oyunçular: 13 Din Henderson, 23 Ceyms Trafford, 2 Ezri Konsa, 3 Niko O'Rayli, 12 Trevo Çaloba, 15 Den Börn, 14 Cordan Henderson, 16 Kobbi Maynu, 21 Ebereçi Eze, 7 Bukayo Saka, 11 Markus Reşford, 19 Olli Uotkins, 20 Noni Madueke, 22 İvan Toni. Baş məşqçi: Tomas Tuxel. Argentina: 23 Emiliano Martines, 3 Nikolas Talyafiko, 6 Lisandro Martines, 13 Kristian Romero, 26 Nahuel Molina, 5 Leandro Paredes, 20 Aleksis Mak Allister, 24 Enso Fernandes, 9 Xulian Alvares, 10 Lionel Messi (k), 17 Culyano Simeone. Ehtiyat oyunçular: 1 Xuan Musso, 12 Xeronimo Rulli, 2 Markos Senesi, 4 Qonsalo Montiel, 19 Nikolas Otamendi, 25 Fakundo Medina, 7 Rodriqo De Paul, 8 Valentin Barco, 11 Covani Lo Çelso, 14 Exekiel Palasios, 15 Niko Qonsales, 16 Tiaqo Almada, 18 Niko Pas, 21 Xose Manuel Lopes, 22 Lautaro Martines. Baş məşqçi: Lionel Skaloni. *** Matç başladı. *** Fasilə. *** İkinci hissə başladı. *** Entoni Qordon 55-ci dəqiqədə hesabı açır. *** 86-cı dəqiqədə Enzo Fernandes hesabı bərabərləşdirir. *** Lautaro Martinez 90+2-ci dəqiqədə komandasını önə keçirir. *** Matç Argentinanın 2:1 hesablı qələbəsi ilə başa çatır. Bununla da “Albiseleste” finalda İspaniyaya rəqib olur. Final matçı iyulun 19-u baş tutacaq.