İranda uşaq xəstəxanasının yaxınlığına raket atıldı
ABŞ raketləri Əhvazda xəstəxana yaxınlığına düşüb. “Qafqazinfo” xəbər verir ki, bu barədə İran dövlət televiziyasının yaydığı məlumatda deyilir. Bildirilir ki, ABŞ-nin son hücumları zamanı Xuzistan əyalətinin Əhvaz şəhərində yerləşən xəstəxananın yaxınlığı hədəf alınıb. Belə ki, ABŞ qüvvələri Əhvazdakı Şəhid Bəqayi Xəstəxanasının ətrafına zərbələr endirib. Qeyd olunub ki, əsasən, xərçəng xəstəsi uşaqların müalicə aldığı xəstəxana təhlükəsizlik səbəbindən müvəqqəti olaraq təxliyə edilib.

Şərh verin