Bu gün “Qarabağ” cavab oyununa çıxır
Bu gün “Qarabağ” Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Vestri” ilə cavab oyununa çıxacaq. “Qafqazinfo” xəbər verir ki, “Thróttarvöllur” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Görüşü Çexiyadan olan hakimlər briqadası idarə edəcək. Bu komandalar arasında ilk matçda Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanmışdı. Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) - “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Cütün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək. 00:00. “Vestri” (İslandiya) – “Qarabağ” (Azərbaycan). Hakimlər: Marek Radina, Kamil Hayek, Petr Kotalik, Daniel Vokoun.

Şərh verin