Dubayda əmlak almaq istəyənlərin sayı artır — “Propify Real Estate” izah edir

Son illər Dubayda ev alan azərbaycanlıların sayı nəzərəçarpacaq dərəcədə artıb. Bu marağın arxasında nə dayanır? “Propify Real Estate” Dubay daşınmaz əmlak bazarında fəaliyyət göstərən, azərbaycanlı və xarici müştərilərlə işləyən şirkətdir. Şirkət “Emaar”, DAMAC, “Sobha Realty”, “Nakheel” və “Binghatti” kimi aparıcı developerlərin layihələri üzrə xidmət göstərir, müştərini əmlak seçimindən sənədlərin rəsmiləşdirilməsinə və evin təhvilinə qədər bütün mərhələlərdə müşayiət edir. “Downtown Dubai”, “Dubai Marina”, “Business Bay”, “Jumeirah Village Circle” və “Dubai Creek Harbour” şirkətin ən çox iş apardığı məkanlardandır. Bəs azərbaycanlıların Dubaya marağı niyə artır? Şirkətin satış direktoru Nicat Mahar bunu bir neçə sadə səbəblə izah edir: “İlkin olaraq, Dubayda illik əmlak vergisi yoxdur – ev aldıqdan sonra hər il dövlətə vergi ödəmirsiniz. Eyni zamanda, yerli valyuta ABŞ dollarına bağlıdır, yəni icarədən qazandığınız gəlir dollar kimi sabitdir. Ən önəmlisi isə, 2 milyon dirhəmdən yuxarı investisiya uzunmüddətli yaşayış vizası – Qızıl Viza hüququ verir. Bunun üzərinə kiçik mənzillərə 500–700 min dirhəm civarında başlamağın mümkün olduğunu da əlavə etsək, artan maraq təbii görünür.” Ekspertin sözlərinə görə, insanların çoxu Dubayda ev almağın göründüyündən daha rahat olduğunu bilmir: “Tikilməkdə olan layihələrdə ödənişlər hissə-hissə aparılır – bəzi hallarda ev təhvil veriləndən sonra da davam edən ödəniş planları mövcuddur. Üstəlik bütün prosesi Bakıdan çıxmadan, məsafədən həyata keçirmək mümkündür. Bizim komanda seçimdən açara qədər hər addımda müştərinin yanındadır”, – deyə Nicat Mahar bildirir. Təhlükəsizlik baxımından da bazar alıcını qoruyur: tikilməkdə olan layihələrdə ödənişlər dövlət nəzarətindəki xüsusi hesablarda saxlanılır və developer bu vəsaitə yalnız tikinti irəlilədikcə çıxış əldə edir. Niyə “Propify Real Estate”? Azərbaycandilli komanda və fərdi yanaşma; “Emaar”, DAMAC, “Sobha Realty” kimi aparıcı developerlərin layihələri; Əmlak seçimindən təhvilə qədər tam müşayiət; Məsafədən alış imkanı; “Qızıl Viza” müraciətində dəstək; Alışdan sonra əmlakın icarəyə verilməsi və idarə olunması. Dubayda əmlakla bağlı ödənişsiz konsultasiya üçün https://propify-realestate.com/ saytına daxil ola və ya +971 52 750 3865  ilə əlaqə saxlaya bilərsiniz.