Tuxel Argentinaya məğlubiyyət səbəbindən danışdı

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel Argentinaya məğlubiyyət səbəblərini açıqlayıb. Milli.Az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssis problemi taktiki quruluşda görməyib. Tuxel matçı belə şərh edib: "İkinci qolu vurmaq istəyirdik. Hücum xəttini gücləndirməyin oyunun gedişatını dəyişməyəcəyini hesab etdim. 4-4-2 düzülüşündə oynamağa davam etdik. Lakin passiv oynamağa başladıq. Top qazanıb, nəzarətdə saxlaya bilmədik. Problemin taktiki quruluşda olduğununu düşünmürəm, heç nəyi dəyişməmişdik. Matç tamamilə dəyişdi". Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)