Flora Kərimovanın səhhəti pisləşdi
Xalq artisti Flora Kərimovanın səhhətində problem yaranıb. Milli.Az axsam.az -a istinadən xəbər verir ki, bu gün səhər saatlarında müğənninin vəziyyəti pisləşib və onun üçün Təcili Tibbi Yardım briqadası çağırılıb. İfaçıya yerində ilkin tibbi yardım göstərilib. Flora Kərimovanın qızı Zümrüd anasının hazırda vəziyyətinin yaxşı olduğunu bildirib. "Hazırda yaxşıdır. Dincəlir. İnşallah, daha da yaxşı olacaq", - deyə Zümrüd qeyd edib. Qeyd edək ki, 84 yaşlı xalq artisti bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəzarətinə götürülüb. Həmçinin Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sənətkara baş çəkib. Səhhətindəki problemlərlə əlaqədar Flora Kərimovanın iyunun 20-də Yaşıl Teatrda nəzərdə tutulan konsert proqramı sentyabr ayına təxirə salınıb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin