“Zirə” də bu gün cavab oyununa çıxır
“Zirə” bu gün Konfrans Liqasının 1-ci təsnifat mərhələsində cavab oyununu keçirəcək. “Qafqazinfo” xəbər verir ki, Rəşad Sadıqovun komandası Gürcüstanda “Torpedo” ilə üz-üzə gələcək. Kutaisidəki “Şengeliya Arena”da oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşü macarıstanlı hakimlər briqadası idarə edəcək. Bu komandalar arasında ilk oyunda “Zirə” 3 cavabsız qolla qələbə qazanıb. Cütün qalibi növbəti mərhələdə “Hegelmann”(Litva) – “Payde” (Estoniya) cütünün üstün tərəfi ilə qarşılaşacaq. 20:00. “Torpedo” (Gürcüstan) – “Zirə” (Azərbaycan) Baş hakim: Mihali Kapray. İlk oyun - 0:3.

Şərh verin