Bakı–Balakən qatarlarının hərəkəti dayandırılır
Qax, Zaqatala və Balakən rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Qax-Balakən sahəsində dəmir yolu infrastrukturuna dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Milli.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) məlumat yayıb. Bildirilib ki, təhlükəsizlik məqsədilə avqustun 1-dək Bakı-Balakən qatarları yalnız Qax stansiyasına qədər hərəkət edəcək. Balakən-Bakı istiqamətində qatarlar isə Qax stansiyasından yola düşəcək. Məlumata görə, yolun tam bərpası və qatarların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə avqustun 1-dən etibarən Bakı-Balakən-Bakı reysləri müvəqqəti dayandırılacaq. Qeyd olunub ki, bu marşrut üzrə avqustun 1-13-ü tarixləri üçün bilet alan sərnişinlərə biletlərin dəyəri tam şəkildə geri qaytarılacaq. ADY bildirib ki, məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin