Əlcəzairdə uşaq evində yanğın: 11 uşaq ölüb

Əlcəzairin paytaxtında yerləşən uşaq evində baş verən yanğın faciə ilə nəticələnib. Xarici KİV-in məlumatına görə, hadisə nəticəsində 11 uşaq həyatını itirib, 19 uşaq isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bildirilib ki, yaralananlardan 10-u yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)