Yeni Zelandiyada güclü zəlzələ olub
Yeni Zelandiyanın Cənub adasında 5,9 bal gücündə zəlzələ qeydə alınıb. Xarici KİV-in məlumatına görə, yeraltı təkanlar 53 kilometr dərinlikdə baş verib. Zəlzələdən sonra bölgə üçün sunami xəbərdarlığı edilib. Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin