Bəzi sərnişinlərə aldıqları biletin pulu tam qaytarılacaq — ADY
Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti nəticəsində Qax-Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş zərərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Bu barədə “Qafqazinfo”ya “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, təhlükəsizlik məqsədilə 1 avqust tarixinə qədər Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək. Balakən–Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq: “Yolun tam bərpası və qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə 1 avqustdan Bakı-Balakən-Bakı reysləri müvəqqəti dayandırılacaq. Bu marşrut üzrə 1-13 avqust tarixləri üçün bilet almış sərnişinlərə biletlərin dəyəri tam şəkildə qaytarılacaq. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Şərh verin