Sofiyada gümüş medal — Fotolar

Bolqarıstanda keçirilən “Sofia Diving Cup” yarışında iştirak edən suya tullanma üzrə yeniyetmələrdən ibarət milli komandamızın üzvü Mehri Ağayeva qızlar arasında E qrupu üzrə 1 metr tramplindən tullanma kateqoriyasında gümüş medala layiq görülüb. “Qafqazinfo” xəbər verir ki, İdmançımız 115.20 xalla 15 idmançı arasında 2-ci yeri tutub. Eyni kateqoriya üzrə ötən ilki yarışda onun nəticəsi 72.95 xal (11-ci yer) olmuşdu. Qeyd edək ki, Sofiya şəhərində 14-17 iyul tarixləri arasında keçirilən turnirdə 15 ölkədən ümumilikdə 187 idmançı çıxış edir. Milli komandamız yarışa 7 idmançıyla təmsil olunub: Alisa Hacıyeva (12 yaş), Ayla Hüseynova (12 yaş), Maqsud Tahirli (12 yaş), Mehri Ağayeva (8 yaş), Muhəmməd Hüseynov (9 yaş), Sofiya Ağayeva (6 yaş), Suada Tahir (14 yaş). Baş məşqçi – Anton Melnikov, məşqçi – Angelina Melnikova.