Azərbaycanda havanın temperaturu 38 dərəcəyə yüksələcək
İyulun 17-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi ərazilərdə isə yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən açıq olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Paytaxtda havanın temperaturu gecə 22-25 dərəcə isti, gündüz isə 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 45-55% təşkil edəcək. Ölkənin rayonlarında da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış, leysan, şimşək və dolu ehtimalı var. Bəzi dağlıq rayonlarda gecə və səhər saatlarında duman müşahidə ediləcəyi, küləyin isə mülayim şərq istiqamətində əsəcəyi bildirilir. Rayonlarda havanın temperaturu gecə 23-27 dərəcə isti, gündüz 34-38 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 14-18 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacaq. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin