Müğənni Dəniz həbsxana günlərindən danışdı: "Hər gün ağladım" - (Video)
Müğənni Dəniz Əsədova həbsdə keçirdiyi günlərdən danışaraq diqqət çəkən açıqlamalar verib. Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, həbsxana onun həyata baxışını dəyişib və bu müddət ərzində özünü daha yaxından tanımaq imkanı qazanıb. "Əslində ora bir akademiyadır. İnsan düşünmək üçün çox vaxt tapır. Ən böyük peşmanlığım övladıma mənsiz qalmaq cəzasını yaşatmağım oldu. Həbs günlərində hər gün ağladım", - deyə ifaçı qeyd edib. Dəniz Əsədova 37 yaşına qədəm qoyacağını vurğulayaraq, geriyə baxanda hərəkətlərinə görə utanmadığını bildirib. Onun sözlərinə görə, 7 ay 7 gün davam edən həbs müddətində həyatında qazandığı uğurların bəzi insanların yaratdığı kampaniya nəticəsində kölgədə qaldığını düşünür. Müğənni bundan sonra insanlara əvvəlki kimi etibar etməyəcəyini, yaxın çevrəsini daha diqqətlə seçəcəyini də etiraf edib. Sənətçi həbsxana həyatının ona mühüm dərslər verdiyini deyərək, bu təcrübədən daha güclü çıxdığını bildirib. O, məhkumlar arasında azadlığa çıxandan sonra cəsarətsiz olacaqları ilə bağlı fikirlərin əksinə olaraq, özünü əvvəlkindən daha cəsarətli hiss etdiyini və keçmiş səhvlərini bir daha təkrarlamayacağını vurğulayıb. Dəniz Əsədovanın bu səmimi etirafları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin