Şabranda 52 yaşlı kişini tok vuraraq öldürdü
Şabran rayonunda bədbəxt hadisə baş verib. Milli.Az-ın məlumatına görə, hadisə rayonun Düzbilici kəndində qeydə alınıb. Belə ki, 1973-cü il təvəllüdlü Arif Tahir oğlu Camayev iyulun 15-də yaşadığı evin yaxınlığında yerləşən artezian quyusunda quraşdırılmış su mühərrikini təmir edərkən elektrik cərəyanının təsirinə məruz qalıb. Nəticədə 52 yaşlı kişi hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin