Bazarlarda yeni qayda: Açıq məhsullar etiketlənəcək - (Foto)

Bazarlarda etiketsiz satılan bütün məhsullar etiketlənəcək. Milli.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əli Nəbiyev qurumun 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, proses əvvəlcə Bakı şəhərindən başlayıb, tədricən region bazarlarını da əhatə edəcək: "AQTA dövlət hesabına bazarlarda əvvəllər etiketsiz satılan bütün məhsulların etiketlənməsini həyata keçirir. Artıq "Təzə bazar"da məhsulların etiketlənməsi prosesi başlayıb. Yaxın zamanlarda digər bazarları da əhatə edəcək". Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)