Xalq şairi reanimasiyadadır
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır. Milli.Az xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında şairin köməkçisi Arif Mehmandost deyib. "Reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır. Huşu yerindədir, danışır, lakin tam özünə gələ bilməyib. Böyrək çatışmazlığı diaqnozu qoyulub", - o bildirib. Qeyd edək ki, 95 yaşlı xalq şairi iyun ayının sonlarında xəstəxanaya yerləşdirilib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin