Vüsalə "İncə səhər"dən getdi
Aparıcı Vüsalə Əlizadə "İncə səhər" proqramından ayrıldığını açıqlayıb. Milli.Az xəbər verir ki, o, bu barədə verilişin mövsüm finalında danışaraq növbəti mövsümdə səhər efirində yer almayacağını bildirib. Əlizadə qərarının əsas səbəbi kimi səhhətindəki çətinlikləri və erkən saatlarda işə başlamağın onun üçün ağır olduğunu göstərib. Aparıcı qeyd edib ki, ana olduğu üçün səhər rejimi onun həyatını daha da çətinləşdirir: "Növbəti mövsüm səhər efirində olmayacağam. Dəfələrlə demişəm, səhhətimlə bağlı səhər durub işə gəlmək mənim üçün çətindir. Ana olan bir xanım üçün isə bu, ikiqat çətindir. Rəhbərliklə ətraflı müzakirə edəcəyik. Xəzər TV-nin Vüsaləsiyəm, heç yerə getmirəm. Sadəcə, başqa layihədə olacağam. Qərarım qətidir". Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin