DÇ-nin VAR qaydaları Azərbaycan çempionatında da olacaq

“Dünya çempionatında VAR-la bağlı yeniliklər olub. Biz bunu Azərbaycan çempionatında təqdim edəcəyik”. “Qafqazinfo” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov məlumat verib. O bildirib ki, artıq bununla bağlı klublara məlumat verilib: “AFFA Hakimlər Komitəsi də məlumatlandırıb. Müvafiq hazırlıqlar görülür”.