Tramp Kanadanı hədələdi

ABŞ Prezidenti Donald Tramp Kanadada baş verən meşə yanğınları ilə bağlı sərt açıqlama verib. Milli.Az xəbər verir ki, Tramp "Truth Social" hesabında paylaşdığı açıqlamada bildirib ki, Kanadada meşə və kolluq ərazilərə lazımi səviyyədə nəzarət olunmaması nəticəsində yaranan tüstü ABŞ-ın bir sıra böyük şəhərlərinə yayılır və insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. ABŞ lideri qeyd edib ki, məsələ ilə bağlı Kanada Baş naziri Mark Karni ilə telefon danışığı aparmağı planlaşdırır. Donald Tramp həmçinin Kanadanı meşələrin idarə olunmasına məsuliyyətsiz yanaşmaqda ittiham edib. Onun sözlərinə görə, bu vəziyyət ABŞ iqtisadiyyatına hər il milyardlarla dollar ziyan vurur. ABŞ Prezidenti vurğulayıb ki, yaranan xərclər Kanadaya tətbiq olunan mövcud gömrük rüsumlarına əlavə olunmalıdır. Onun bu açıqlaması qısa zamanda beynəlxalq mediada geniş müzakirələrə səbəb olub. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)