Trampı öldürənə 10 milyon dollar verəcəklər

İraqda fəaliyyət göstərən şiə silahlı qruplarının ABŞ Prezidenti Donald Trampın başına 10 milyon dollar məbləğində mükafat qoyduğu bildirilir. Milli.Az musavat.com-a istinadən bildirir ki, bu vəsait qruplaşmaların tərəfdarlarının ianələri hesabına toplanıb. Məlumata görə, onlar bu addımı 2020-ci ildə ABŞ əməliyyatı nəticəsində öldürülən iranlı general Qasım Süleymani və İraqın şiə silahlı dəstələrinin rəhbərlərindən olan Əbu Mehdi əl-Mühəndisin ölümünə görə qisas kimi izah edirlər. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)