Xırdalanda yaşayış binasında yanğın — Yenilənib
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Əlavə məlumat veriləcək. *** FHN-in yaydığı son məlumata görə, Xırdalandakı çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Yanğın nəticəsində binanın şaxta boyunca elektrik naqilləri yanıb. Təhlükəsizlik tədbirləri çərçivəsində 6-sı uşaq olmaqla ümumilikdə 18 nəfər bina sakini təxliyə olunub. Xəsarət alan olmayıb. Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.

Şərh verin