Sabah çimərliyə getmək istəyənlərin diqqətinə

İyulun 19-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)