Peruda 5,6 bal gücündə zəlzələ baş verib
Peruda 5,6 maqnitudalı zəlzələ qeydə alınıb. Milli.Az xəbər verir ki, yeraltı təkanların episentri 300 mindən çox əhalisi olan Huancayo şəhərindən 131 kilometr cənub-şərqdə, zəlzələ ocağı isə 22 kilometr dərinlikdə yerləşib. Hadisə nəticəsində tələfat və ya dağıntı qeydə alınmayıb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin