İsmayıllıda ağır qəza: 3 nəfər həyatını itirdi
İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az xəbər verir ki, "Opel" markalı minik avtomobili və motosikletin toqquşması nəticəsində avtomobildə olan 2 nəfər, eləcə də motosikiletin sürücüsü ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nin sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır _____________ İsmayıllıda ağır avtomobil qəzası baş verib. Milli.Az apa -ya istinadən xəbər verir ki, ilkin məlumata əsasən, hadisə Qurbanəfəndi kəndi istiqamətində yolda baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb. Əlavə məlumat veriləcək.

Şərh verin