3-cü baş məşqçidir ki, dünya və Avropa çempionudur
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente futbol tarixinə düşən uğura imza atıb. Milli.Az xəbər verir ki, DÇ-2026-da İspaniya yığmasını çempionluğa daşıyan mütəxəssis həm dünya, həm də Avropa çempionluğunu qazanan cəmi üçüncü baş məşqçi olub. Bu uğura daha əvvəl yalnız iki məşqçi nail olmuşdu. Onlardan biri İspaniya millisini 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionu edən Visente del Boske, digəri isə AFR yığması ilə 1972-ci ildə Avropa, 1974-cü ildə dünya çempionluğu qazanan Helmut Şöndür. 65 yaşlı Luis de la Fuente 2022-ci ilin dekabrından İspaniya millisinin baş məşqçisidir. O, əsas komandaya rəhbərlik etməzdən əvvəl ölkənin müxtəlif yaş qrupları üzrə yığmalarında, o cümlədən 21 yaşadək futbolçulardan ibarət milli komandada çalışıb. Onun rəhbərliyi altında İspaniya millisi son illərdə uğurlu çıxışı ilə diqqət çəkib. Komanda həm ənənəvi texniki futbol üslubunu qoruyub saxlayıb, həm də daha balanslı və nəticəyönümlü oyun nümayiş etdirərək böyük turnirlərdə uğur qazanıb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin