Bakının Sabunçu rayonunda yanğın
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, R.Rüstəmov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin