Türkiyədə ağır qəza: 19 yaralı
Türkiyənin Diyarbəkir şəhərinin Bağlar rayonunda tələbələri daşıyan avtobusla minik avtomobili toqquşub. Milli.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, qəza nəticəsində 17 tələbə və daha 2 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım, polis və jandarm əməkdaşları göndərilib. Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb. Qəza ilə bağlı araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin