Bəzi Qaradağda qaz olmayacaq

Sabah Bakının Qaradağ rayonunun bir sıra ərazilərində qaz kəsiləcək. Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək rayonun Ələt qəsəbəsinin, Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)