Messi mundialın ən yaxşı futbolçusu oldu

Dünya çempionatının ən yaxşı futbolçusu məlum olub. Milli.Az Futbolpress.az-a istinadla xəbər verir ki, finalın nəticəsindən asılı olmayaraq, Lionel Messi turnirin ən yaxşı oyunçusu mükafatını alacaq. Argentinalı hücumçu dünya çempionatında 7 matçda 8 qol vurub, 4 məhsuldar ötürmə edib. Final bu gün İspaniya ilə Argentina arasında keçiriləcək. Matça Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)