Kürdəmirdə iki yük maşını toqquşdu
Kürdəmirdə iki yük maşını toqquşub. Milli.Az APA -ya istinadən bildirir ki, hadisə Bakı- Qazax magistralının rayonun Sığırlı kəndindən keçən hissəsində baş verib. Qazax istiqamətində hərəkətdə olan iki TIR toqquşub. Toqquşmanın təsirindən TIR- lardan biri yoldan çıxaraq aşıb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Fakt araşdırılır. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin