Türkiyədə şagirdləri daşıyan avtobus aşdı — 19 nəfər yaralandı

Türkiyənin Diyarbəkir şəhərində şagirdləri daşıyan avtobus ilə minik avtomobili toqquşub. “Qafqazinfo” xəbər verir ki, reabilitasiya mərkəzinin şagirdlərini daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 17-si şagird olmaqla, ümumilikdə 19 nəfər xəsarət alıb. Hadisə yerinə dərhal təcili tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanalara yerləşdirilib, onların vəziyyətinin yaxşı olduğu bildirilir. Faktla bağlı araşdırma başladılıb.