Əraqçi: Netanyahu İranı parçalamaq istəyir

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu İslam Respublikasını məhv etmək istəyir. Milli.Az report -a istinadən xəbər verir ki, o, bunu müsahibəsində deyib. "Netanyahu bildirib ki, yarımçıq qalmış bir iş var və bu, İslam Respublikasının məhv edilməsidir", - Əraqçi vurğulayıb. Onun sözlərinə görə, Netanyahu bu səbəbdən ABŞ Prezidenti Donald Trampı İranla müharibəyə yönəldib: "Düşmən qeyd-şərtsiz təslim olma tələbi ilə başlayıb və son nəticədə İranla memorandum imzalayıb. Yəni İran ABŞ qarşısında mövqeyini qoruyub və bu ölkəni İslam Respublikasının suverenliyinə hörmət etməyə məcbur edib". Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)