Qadını mağazada döydü — Saxlanıldı+Video
Sosial şəbəkələrdə zoomağazada qadına qarşı zorakılıq göstərildiyini əks etdirən görüntülər paylaşılıb. “Qafqazinfo” xəbər verir ki, zərərçəkmiş qadının qızı hadisənin videosunu yayaraq, şiddət törədən şəxsin anasını öldürməklə hədələdiyini bildirib: “Anamı bıçaqla öldürməklə hədələyib və sonra döyməyə başlayıb. Anamın üzünə və sol qabırğasına bir neçə dəfə vurub. Hazırda anamın şiddətli ağrıları var”, - deyə o qeyd edib. Əldə etdiyimiz məlumata görə, Bakıda qadına qarşı zorakılıq törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. Keçirilən tədbirlərlə 1982-ci il təvəllüdlü Zamiq Xəlilov saxlanılıb. Araşdırma aparılır.

Şərh verin