Bir həftə əvvəl kanalda batan yeniyetmənin (Fotosu)

Milli.Az yeniyetmənin fotosunu təqdim edir. ------------ 12 iyul 2026-cı il tarixində Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən təxminən 15 km aralı, Samur-Abşeron kanalının Şabran rayonunun Gəndov kəndindən keçən hissəsində tapılıb. Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, mərhumun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)