Peruda zəlzələ nəticəsində 6 nəfər ölüb

Perunun mərkəzi hissəsində baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində azı 6 nəfər həyatını itirib. Milli.Az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Şurasının sədri Luis Arroyo Sançes məlumat verib. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 250-dən çox evə ziyan dəyib, 48 bina isə tamamilə dağılıb. Peru Geofizika İnstitutunun məlumatına əsasən, zəlzələnin episentri Xunin departamentində yerləşən Çupaka şəhərinin 7 kilometr cənubunda, ocağı isə 24 kilometr dərinlikdə qeydə alınıb. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)