Cəlilabadda 21 yaşlı gənc suvarma hovuzunda boğuldu

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib. Milli.Az xəbər verir ki, hadisə rayonun şəhər ərazisində yerləşən meyvə bağlarından birində qeydə alınıb. Belə ki, rayon sakini, 2005-ci il təvəllüdlü Kənan Natiq oğlu Mahmudlu çimmək məqsədilə daxil olduğu suvarma hovuzunda boğulub. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)