Polis 11 tüfəng və 198 patron aşkarlayıb

İyulun 18-də və 19-da polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində əməliyyat tədbirləri keçirilib. Milli.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında keçirilən tədbirlər nəticəsində 11 tüfəng və 198 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunması və qarşısının alınması məqsədilə əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)