Şuşada 1 ton çəkidə çətənə kolları məhv edilib
Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik tərkibli bitkilər aşkarlanıb. Milli.Az xəbər verir ki, "Xaş-xaş-2026" şərti adlı kompleks əməliyyat tədbirləri çərçivəsində Xəlfəli kəndi ərazisində yabanı halda bitən çətənə kolları müəyyən edilib. Ərazidən aşkar olunan 2010 ədəd çətənə kolunun ümumi çəkisinin 1 ton olduğu bildirilib. Narkotik tərkibli bitkilər məhv edilib. Qeyd edək ki, Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz narkotik dövriyyəsinin qarşısının alınması məqsədilə bu istiqamətdə tədbirlər davam etdirilir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin