Bakıda 24 yaşlı gənc dənizdə boğuldu
Bakının Sahil qəsəbəsində bədbəxt hadisə baş verib. Milli.Az xəbər verir ki, 2002-ci il təvəllüdlü Bakı şəhər sakini Elcan Mirzə oğlu Mirzəyev dənizdə boğularaq həyatını itirib. Bildirilib ki, gəncin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin