Bakıda hoteldə 42 yaşlı kişinin meyiti tapıldı

Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən hoteldə meyit tapılıb. Milli.Az apa -ya istinadən xəbər verir ki, hadisə iyulun 18-də baş verib. Hoteldə Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü İ.İbrahimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı otaqda tapılıb. Araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)