4 cinayətin üstü açıldı

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən ötən gün ölkə ərazisində bir sıra əməliyyat tədbirləri həyata keçirilib. Milli.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin məlumatına görə, iyulun 20-də ölkə üzrə qeydə alınan 29 cinayət və əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin olunub. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 108 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 75 nəfərin borclu şəxs qismində axtarışda olduğu qeyd olunub. Həmçinin narkotiklərlə bağlı 7, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması ilə bağlı isə 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. DİN tərəfindən bu istiqamətdə əməliyyat tədbirlərinin davam etdirildiyi bildirilib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)