Bakıda Tennis Akademiyasında ölüm hadisəsi baş verib

Bakının Binəqədi rayonunda yerləşən Bakı Tennis Akademiyasında ölüm faktı qeydə alınıb. Milli.Az unikal.az -a istinadən xəbər verir ki, hadisə iyulun 17-də baş verib. Məlumata görə, 1978-ci il təvəllüdlü Bakı şəhər sakini Rəşad Məmmədovun halı qəfil pisləşib və o, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)