Ukrayna Donetskdə 7 yaşayış məntəqəsini azad etdi
Ukrayna ordusu Donetsk vilayətinin Dobropolsk istiqamətində irəliləyərək 7 yaşayış məntəqəsinə nəzarəti bərpa edib. Milli.Az xəbər verir ki, bu barədə Ali Baş Komandan Aleksandr Sırski məlumat yayıb. Əməliyyat nəticəsində 3-7 km irəliləyiş əldə olunub, 160 km² ərazi azad edilib, əlavə 171 km² isə düşməndən təmizlənib. Rusiya tərəfi 1322 hərbçi, 817 ədəd hərbi texnika, o cümlədən 12 tank və 162 artilleriya sistemi itirib. Asya Milli.Az

Şərh verin