Hörmüzdə iki neft tankeri partladı
Hörmüz boğazında iki neft tankerində partlayış olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Tasnim” İran İnqilab Keşikçiləri Korpusunun açıqlamasına istinadən məlumat yayıb. Bildirilib ki, tankerlər Hörmüz boğazının cənub hissəsində təhlükəli hesab edilən marşrutla hərəkət edərkən partlayış baş verib və yanğın başlayıb. “Bir damla neft və qazın belə təhlükəsiz şəkildə keçməsinə icazə verilməyəcək”, - açıqlamada qeyd edilir.

Şərh verin