Trampdan İrana xəbərdarlıq:"Əsgərimizin qisası dəfələrlə artıq alınacaq"
"İran hər dəfə bir ABŞ əsgərini öldürərsə, bunun əvəzini dəfələrlə ağır şəkildə ödəyəcək! Bu göstəriş Müdafiə naziri Pit Heqsetə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Daniel Keynə və ordudakı bütün rəhbərlərə çatdırılıb". Milli.Az APA -ya istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp öz "Truth" hesabında yazıb. Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 17 iyul tarixində İranın ballistik raket və dron hücumları nəticəsində İordaniyada iki ABŞ hərbçisinin həlak olduğunu, bir hərbçinin isə itkin düşdüyünü açıqlayıb. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin