Zərdabda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb
Zərdabda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb. Milli.Az xəbər verir ki, hadisə rayonun Qoruqbağı kəndində baş verib. Belə ki, kənd sakini, 2023-cü il təvəllüdlü Əsma Yaqub qızı Kərimli atası Yaqub Bəsər oğlu Kərimlinin idarə etdiyi otbağlayan aqreqatın təkərinin altında qalaraq ölüb. Faktla bağlı araşdırma aparılır. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin