Növbəti DÇ-də 64 komanda iştirak edə bilər

Cənubi Amerika Futbol Konfederasiyasının prezidenti Alexandro Dominqes 2030-cu il Dünya Çempionatında 64 milli komandanın iştirak edə biləcəyini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, o bu haqda “X” sosial şəbəkəsində yazıb. Dominqes bildirib ki, turnirin 100 illiyinin qeyd olunacağı 2030-cu ildə yarış daha da genişləndirilə bilər. Onun sözlərinə görə, çempionat Uruqvay, Argentina və Paraqvayda başlayacaq, daha sonra isə İspaniya, Portuqaliya və Mərakeşdə oyunlar keçiriləcək. Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı tarixdə 32 deyil, 48 milli komandanın iştirak etdiyi ilk turnir olub. FİFA tərəfindən qəbul edilən bu format iştirakçı komandaların coğrafi təmsilçiliyini genişləndirib və əlavə 40 oyun hesabına matçların ümumi sayını 104-ə çatdırıb. Xatırladaq ki, FİFA prezidenti Canni İnfantino təşkilatın komandaların sayını 64-ə çatdırmaq imkanını nəzərdən keçirdiyini bildirmişdi.