Qocalmanı ləngidən giləmeyvə — Açıqlandı
Qaragilə orqanizmdə qocalma prosesini ləngitməyə kömək edir. “Qafqazinfo” xəbər verir ki, bu barədə rusiyalı həkim-endokrinoloq Anton Polyakov məlumat verib. Mütəxəssisin sözlərinə görə, bu giləmeyvənin tərkibində hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyan və orqanizmdə iltihabi prosesləri azaldan antosianlar (güclü antioksidantlar) var: “Antosianlar eyni zamanda damarları möhkəmləndirdiyi üçün ürək-damar xəstəliklərinin profilaktikasında müstəsna rol oynayır”. Həkim əlavə edib ki, qaragilə sümük toxuması və qan dövranı üçün vacib olan K vitamini, görmə qabiliyyətini yaxşılaşdıran A vitamini, həmçinin gözləri yaşla bağlı dəyişikliklərdən qoruyan lyutein maddəsi ilə də zəngindir.

Şərh verin