Cəlilabadda “Toyota” aşdı — Yaralılar var
Cəlilabadda yol-nəqliyyatı hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Əsədli kəndində qeydə alınıb. Belə ki, “Toyota Prado” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Surxay Şahbazov

Şərh verin